IMG-LOGO

Naxçıvan iqtisadiyyatı 0,6 % böyüyüb

11.09.2024 14:15 35 baxış
IMG

Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında 950,25 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,6 % çoxdur.

Bu barədə "Report"un yerli bürosuna Naxçıvanın Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, 8 ay ərzində muxtar respublikada adambaşına düşən ÜDM-in dəyəri isə 2 025 manat olub. Bu isə 1 il əvvələ nisbətən 0,1 % çoxdur.

Hesabat dövründə Naxçıvanda 335,5 milyon manatlıq sənaye məhsulu istehsal olunub. Bu, illik müqayisədə 1,9 % çoxdur.

Sənaye məhsulunun 299,2 milyon manatlıq hissəsi 89,2 %-i malların, 36,3 milyon manatlıq hissəsi və yaxud 10,8 %-i isə xidmətlərin payına düşüb.

Sənaye məhsulunun 83,9 %-i emal, 14,6 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,3 %-i su təchizatı, tullantıların təmizlənməsi və emalı 0,2 %-i isə mədənçıxarma, sektorlarında istehsal olunub.

Bundan başqa, yanvar-avqustda muxtar respublikada 246,5 milyon kənd təsərrüfatı məhsulu istehsal olunub. Bunun da 143 milyon manatlıq hissəsi bitkiçilik, 103,5 milyon manatlıq hissəsi isə heyvandarlıq məhsulları olub. Ötən ilin eyni dövrünə nisbətən kənd təsərrüfatının ümumi məhsulu 1,1 %, o cümlədən bitkiçilik məhsulları 1,2 %, heyvandarlıq məhsulları isə 0,8 % artıb.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti