İmişlidə Cəbrayıl rayonundan olan məcburi köçkünlərə məxsus torpaq sahəsində bu il 4 529 hektar sahədə əkin işləri aparılıb.
"Report"un Muğan bürosunun məlumatına görə, əkin sahələrinin suvarılması işi ilə Dövlət Su Ehtiyatları Agentliyinin Cəbrayıl yerli istismar idarəsi məşğul olur.
İdarənin balansında 100 km-ə yaxın suvarma kanalı, 137 km-dən artıq kollektor-drenaj şəbəkəsi mövcuddur. Onlardan 33 km-i beton üzlüklü, 50 km-ə yaxını isə torpaq məcralı kanallardır.
Suvarma işləri aparılan sahələrdə bu il 1 080 hektarda taxıl, 1 833 hektarda yonca, 40 hektarda pambıq, 18 hektarda şəkər çuğunduru və digər bitkilər əkilib.
Bizim WhatsApp kanalımıza abunə olun