IMG-LOGO

Bu il Azərbaycan 16 milyon ton neft-kondensat ixrac edib

10.09.2024 10:00 30 baxış
IMG

Bu ilin yanvar-avqust aylarında operativ məlumatlara əsasən, Azərbaycanda neft-kondensat hasilatı 19,3 milyon ton, ixracı isə 16 milyon ton olub.

“Report” xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir əlavə edib ki, bu dövrdə 800 milyon kubmetr artımla hasil edilmiş 33 milyard kubmetr təbii qazın isə 16,4 milyard kubmetri ixrac olunub.

Qeyd edək ki, hazırda Azərbaycandan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil edilən neft və "Şahdəniz" yatağından hasil edilən kondensat nəql olunur. Bundan əlavə, boru kəməri ilə Türkmənistan və Qazaxıstandan neft nəql edilir.

Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb. Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql olunur.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti