IMG-LOGO

Naxçıvanda Sahibkarlığın İnkişafı Fonduna qaytarılan güzəştli kreditlər üzrə daxilolmalar 4 dəfə artıb

10.09.2024 10:16 28 baxış
IMG

Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondunun cari hesabına qaytarılan güzəştli kreditlər üzrə daxilolmalar 14,3 milyon manat təşkil edib.

"Report"un yerli bürosu xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,8 dəfə çoxdur.

8 ay ərzində 10,3 milyon manat vaxtı keçmiş kredit vəsaitinin ödənilməsi təmin edilib ki, bu da 1 il əvvələ nisbətən 21,1 dəfə çoxdur.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti