IMG-LOGO

“Azpetrol” Laçında modul tipli YDM istifadəyə verib

30.08.2024 15:13 38 baxış
IMG

Azərbaycanda ən böyük yanacaqdoldurma şəbəkəsinə malik olan “Azpetrol” şirkəti, strateji inkişaf planına uyğun olaraq, Laçın rayonunda avqustun 30-da sayca 106-cü modul tipli yanacaqdoldurma məntəqəsini istifadəyə verib.

Yeni yanacaqdoldurma məntəqəsində “Aİ-92”, “Aİ-95” və Dizel yanacaq növlərinin satışı həyata keçiriləcək.

Xatırladaq ki, “Azpetrol” şirkətin ilk yanacaqdoldurma məntəqəsi - “Spartak”, 1997-ci il iyulun 15-də Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 1013-cü məhəllə ünvanında açılıb. Hazırda şirkətin Azərbaycanın əksər iqtisadi zonalarını əhatə etməklə ən müasir avadanlıqlarla təchiz olunmuş 105 yanacaqdoldurma məntəqəsi (YDM), 1 maye qazdoldurma məntəqəsi (QDM ), 4 CNG tipli (Sıxılmış təbii qaz) qazdoldurma postu, 4 LPG postu (Propan-Butan), 1 STQ tipli (CNG) terminalı və 20 elektromobillərin enerji ilə doldurulma postu fəaliyyət göstərir.

“Azpetrol” - Daim inkişafa doğru!

Əlaqə: 957

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti