IMG-LOGO

“International” BOKT-un istiqrazları listinqə daxil edilib

29.08.2024 17:12 35 baxış
IMG

"Bakı Fond Birjası" QSC-nin (BFB) Listinq Komitəsinin qərarı ilə “International” ASC bank olmayan kredit təşkilatının (BOKT) 2 milyon manat dəyərində istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.

"Report" bu barədə BFB-yə istinadən xəbər verir.

Xatırladaq ki, söhbət hər birinin nominal dəyəri 1 000 manat olan 2 000 ədəd faizli, adlı, təminatsız, sənədsiz istiqrazdan gedir. Qiymətli kağızlar rəqabətli hərrac üsulu ilə yerləşdiriləcək. Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış hərracın baş tutacağı tarix Birjanın internet səhifəsində açıqlanacaq.

İstiqrazlar 24 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 15 %-dir. Faizlər aylıq ödəniləcək.

Prosesin anderrayteri “Paşa Kapital İnvestisiya Şirkəti” QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti