2023-cü ildə Azərbaycan əhalisi adambaşına orta hesabla 1,022 kiloqram donuz əti və məhsulları istehlak edib.
“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, ötən il ölkədə ümumilikdə 10,402 min ton donuz əti və məhsulları istehlak edilib. Bu il yanvarın 1-nə 240 ton ehtiyat yaranıb, il ərzində isə 95 ton donuz əti və məhsulları itkiyə gedib.
Hesabat dövrünə Azərbaycanda 10,737 min ton donuz əti və məhsulları ehtiyatı olub ki, bunun da, 93,1 % və ya 9,993 min tonu idxalın, 4,6 %-i və ya 492 tonu istehsalın, 2,3 %-i və ya 252 tonu əvvəlki ildən qalıq hesabına formalaşıb.
Azərbaycan əhalisinin donuz əti istehlakının ümumi ət və ət məhsullarındakı payı isə 2,4 %-ni təşkil edib.
Qeyd edək ki, bu il yanvarın 1-nə Azərbaycan əhalisinin sayı 10 milyon 180 min 770 nəfər olub.
Bizim Telegram kanalımıza abunə olun