Bu ilin yanvar-iyul ayrlarında Naxçıvan Muxtar Respublikasında 17 min 418 nəfər sosial müavinət, 16 min 597 nəfər isə Prezidentin aylıq təqaüdü ilə təmin edilib."Report"un yerli bürosu xəbər verir ki, bu barədə Muxtar Respublikanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun məlumatında deyilir.
Həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə 23 milyon 895,663 min manat, Prezident təqaüdləri üzrə 16 milyon 354, 417 min manat ödənilib.
Bizim WhatsApp kanalımıza abunə olun