IMG-LOGO

Azərbaycana yük gətirən TIR qəza törətdi, 25 ton məhsul yola dağıldı

28 Aug 2024 10:27 245 baxış
IMG

Azərbaycana yük gətirən TIR qəza törədib.

Lent.az xəbər verir ki, hadisə Türkiyənin Sivas şəhərində baş verib. Antalyadan Azərbaycana süni gübrə və dezinfeksiya məhsulları gətirən yük maşını Sivas-Ərzurum magistralında idarəetmədən çıxaraq, beton baryerlərə çırpılıb.

Nəticədə avtomobildə olan 25 ton məhsul yola dağılıb.

Sürücü yüngül xəsarət alaraq, xəstəxanaya yerləşdirilib.

Mənbə: lent.az

Xəbər lenti