IMG-LOGO

Konfrans Liqası: “Zirə” ikinci təsnifat mərhələsinə yüksəldi

16 Jul 2026 22:14 4 baxış
IMG
0 0

UEFA Konfrans Liqasının I təsnifat mərhələsində Kutaisidə “Torpedo” (Gürcüstan) və “Zirə” komandaları arasında cavab oyunu başa çatıb.

Lent.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Şengelia Arena”da keçirilən görüşdə rəqibini 3:0 hesabı ilə məğlub edib.

Hesabı 25-ci dəqiqədə Eren Aydın açıb. Müdafiəçi Amin Seydiyev 39-cu dəqiqədə ikinci dəfə meydan sahiblərini cəzalandırıb. Matçda son nöqtəni 70-ci dəqiqədə dubla imza atan Eren Aydın qoyub.

“Qartallar” iki oyunun nəticəsinə əsasən rəqibini 6:0 hesabı ilə üstələyib.

Rəşad Sadıqovun komandası ikinci raundda “Payde” (Estoniya) kollektivi ilə üz-üzə gələcək.

Konfrans Liqası zirə

Mənbə: lent.az

Xəbər lenti