IMG-LOGO

Niderlandda su qıtlığı rejimi elan olundu

16 Jul 2026 23:52 2 baxış
IMG
2 0

Niderland hakimiyyəti uzunmüddətli isti hava şəraiti və çaylarda su səviyyəsinin kritik həddə enməsi səbəbindən ölkədə ikinci səviyyəli su böhranı – "faktiki su qıtlığı" rejimi elan edib.

Lent.az xəbər verir ki, RTL telekanalının məlumatına görə, qərar Milli Su Ehtiyatlarının Bölüşdürülməsi üzrə Koordinasiya Komissiyasının tövsiyəsi əsasında qəbul olunub.

Bildirilib ki, bununla əlaqədar texniki məhdudiyyətlər tətbiq edilir, bəndlərin işi tənzimlənir, əlavə nasos stansiyaları hazırlanır və şlüzlərin açılma tezliyi azaldılır.

Ölkənin bəzi bölgələrində kanallardan, çaylardan və yeraltı mənbələrdən su götürülməsi qadağan edilib. Bununla yanaşı, əhalinin içməli su ilə təminatının sabit qaldığı qeyd olunub.

niderland su qıtlığı

Mənbə: lent.az

Xəbər lenti