IMG-LOGO

Messi Dünya çempionatının yarımfinalında oynayan ən yaşlı oyunçudur

16 Jul 2026 15:01 3 baxış
IMG
0 0

Argentina millisinin hücumçusu Lionel Messi Dünya çempionatının yarımfinalında oynayan ən yaşlı açıq sahə oyunçusu olub.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, 39 yaş 21 günlüyündə “İnter Mayami” oyunçusu Dünya çempionatının yarımfinalında İngiltərəyə qarşı oynayıb.

Argentinalı futbolçu Almaniya millisinin oyunçusu Frits Valter və İsveç millisinin oyunçusu Qunnar Qrenin rekordunu qırıb. Qren 1958-ci ildə Qərbi Almaniya ilə İsveç arasında keçirilən Dünya çempionatının yarımfinalında 37 yaş 236 günlüyündə oynayıb.

İdman xəbərləri

Mənbə: lent.az

Xəbər lenti