IMG-LOGO

Hərbçilərdən rüşvət almaqda təqdirləndirilən keçmiş rəisin məhkəməsində şahidlər nə danışdılar

16 Jul 2026 18:02 3 baxış
IMG
0 0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə mənzil təminatı ilə bağlı rüşvət almaqda təqsirləndirilən  Müdafiə Nazirliyinin Mənzil-İstismar Xidmətinin Salyan rayon Mənzil-İstismar Hissəsində bölmə rəisi vəzifəsində çalışmış, həmçinin həmin qurumun rəisi vəzifəsini müvəqqəti icra etmiş Əvəz Rüstəmovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Lent.az xəbər verir ki, məhkəmə şahid ifadələri ilə davam edib. Şahid H.Ü bildirib ki,  2009-cu ilin dekabrında mənzil məsələsi ilə bağlı   Əvəz Rüstəmovla danışılıb:

"Əvəz müəllimlə bir yerdə işləmişik. Evə ehtiyacım vardı idi. İkiotaqlı ev üçün atam vasitəsilə 2800 manat verdim ona. Söz vermişdi ki, gələcəkdə ev sizin olacaq. Dedi ki, daimi olacaq, amma sonradan orderin xidməti olduğunu bildik. Əlimə verdiyində yox, kötükdə olan orderdə xidməti yazılmışdı".

Şahid Ə.Q 2017- ci ildə təyinatla  Salyana göndərildiyini və bir ilə yaxın  xidmət müddətində təqsirləndirilən Ə. Rüstəmovu tanıdığını deyib:

"Mən bu müddət ərzində tanıdım Əvəzi. Şəhərcik HHQ-nin tabeçiliyində idi, HHQ-də xidmət edən hərbiçilərin ailələri yaşayırdı. Evlərin verilmə qaydası belə idi ki, hərbi şəhərcikdəki mənzillərin verilməsi hərbi qarnizon rəisinin səlahiyyətində idi. Ərizə yazılırdı, siyahı tərtib olunurdu,ardınca lazımı tədbirlər keçirilirdi.Orada Əvəz müəllimdən  başqa komissiya üzvlərinin də  imzası lazım idi, bunsuz mümkün deyildi". 

Şahid İ.A. bildirib ki, mənzillərin verilməsində heç bir  səlahiyyəti olmayıb:

"Hərbi şəhərcikdə yüz iyirmi, yüz otuza yaxın hərbiçi ailələri yaşayırdı. Orada sənədsiz yaşayan ailələr vardı. Mən dəfələrlə bununla bağlı  xəbərlıq etmişdim, lakin başqa bir səlahiyyətim yox idi.".

Növbəti proses sentyabrın 10-u saat 14:15-ə təyin olunub.

Xatırladaq ki, ibtidai istintaq zamanı Əvəz Rüstəmovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vətəndaşların xidməti mənzillə təmin olunması, kirayə müqavilələrinin rəsmiləşdirilməsi və qeydiyyat məsələlərinin həlli müqabilində çoxsaylı şəxslərdən müxtəlif məbləğlərdə rüşvət aldığı müəyyən edilib. O, həmçinin vəzifə saxtakarlığı törətməkdə və işə düzəltmə ilə bağlı qərarlara qanunsuz təsir göstərərək nüfuz alveri etməkdə şübhəli bilinir.

Toplanmış sübutlar əsasında Əvəz Rüstəmova Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3 (təkrarən külli miqdarda rüşvət alma), 312-1.1 (nüfuz alveri) və digər maddələri ilə ittiham elan olunub. Onun barəsində yaşı və səhhəti nəzərə alınaraq məhkəmənin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib.

Hadisələr

Mənbə: lent.az

Xəbər lenti