IMG-LOGO

Ukrayna Müdafiə Nazirliyi: Almaniya ilə razılaşmalar əsasında daha iki "Patriot" aldıq

01 Jan 2026 14:43 4 baxış
IMG

Ukrayna daha iki "Patriot" hava hücumundan müdafiə (HHM) kompleksi alıb.

"Report" Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin məlumatında bildirilib.

"Daha iki ədəd "Patriot" HHM kompleksi Ukrayna şəhərlərinin və kritik infrastrukturun müdafiəsinə başlayıb. Bu, Almaniya hökuməti ilə əldə edilmiş son razılaşmalar sayəsində mümkün olub", - məlumatda qeyd edilib.

Xəbər lenti