IMG-LOGO

Yannik Sinner sağ dizindən əməliyyat olunub

24 Nov 2026 16:34 4 baxış
IMG

İtaliyalı tennisçi Yannik Sinner Finlandiyada sağ dizindən əməliyyat olunub.

"Report" "Rai Sudtirol"a istinadən xəbər verir ki, 25 yaşlı idmançının əməliyyatı uğurlu keçib.

Dünya reytinqində ikinci pillədə yer alan tennisçinin bərpa prosesinin təxminən 3 ay çəkəcəyi və bu səbəbdən 2027-ci ilin yanvar ayında keçiriləcək Avstraliya açıq turnirini buraxacağı bildirilib.

Qeyd edək ki, 2026-cı ilin iyulunda "Uimbldon"un qalibi adını qazananan italiyalı idmançı həmin vaxtdan bəri kortlara çıxmır.

Mənbə: report.az

Xəbər lenti