IMG-LOGO

DÇ-2026: Portuqaliya Özbəkistanı darmadağın etdi

23 Jun 2026 23:04 5 baxış
IMG
0 0

2026-cı il dünya çempionatında K qrupunun II turunun oyunlarına start verilib.

Lent.az xəbər verir ki, Portuqaliya millisi Özbəkistan yığması ilə üz-üzə gəlib.

Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayıb.

Portuqaliya matça qolla başlayıb. 6-cı dəqiqədə Kriştiano Ronaldo hesabı açıb.

17-ci dəqiqədə fərq iki topa çatıb. Nuno Mendeş cərimə zərbəsindən fərqlənib.

39-cu dəqiqədə Portuqaliyanın superulduzu Ronaldo yenidən səhnəyə çıxıb. 41 yaşlı futbolçu özünün 2-ci, komandasının 3-cü qolunu vurub.

Avropalılar bundan sonra daha 2 dəfə də fərqləniblər. Nematovun avtoqolu, Leaonun qolu hesabı 5:0 edib.

Görüş bu hesabla başa çatıb.

Dünya çempionatı K qrupu, II tur 23 iyun 21:00. Portuqaliya – Özbəkistan 5:0

Qol: K. Ronaldo, 6, 39, N. Mendeş, 17, Nematov, 60 (ö.q), R. Leao, 87

Portuqaliya: Dioqo Koşta, Joao Kanselo, Ruben Diaş, Renato Veyqa, Nuni Mendeş, Joao Neveş, Vitinya, Pedro Neto, Bruno Fernandeş, Joao Feliks, Kriştiano Ronaldo

Özbəkistan: Abduvaxid Nematov, Abdukodir Xusanov, Abdulla Abdullayev, Rustamjon Aşurmatov,Behruzjon Karimov, Odiljon Xamrobekov, Otabek Şukurov, Şerzod Nasrullayev, Abbosbek Fayzullayev, Azizjon Qaniyev, Eldor Şomurodov

DÇ-2026

Mənbə: lent.az

Xəbər lenti