IMG-LOGO

"Vilyarreal"ın futbolçusu Natan Saliba "Sabah"la oyunu buraxacaq

24 Nov 2026 15:20 7 baxış
IMG

"Vilyarreal"ın futbolçusu Natan Saliba UEFA Çempionlar Liqasının əsas mərhələsində "Sabah"la oyunu buraxacaq.

"Report" xəbər verir ki, bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb.

Buna ötən həftə məşq zamanı müdafiəçinin sol topuq bağlarının zədələnməsi səbəb olub.

N.Salibanın Madriddə əməliyyat olunacağı bildirilib.

Qeyd edək ki, "Vilyarreal" - "Sabah" matçı dekabrın 8-də İspaniyadakı "Estadio de la Ceramica" stadionunda, Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.

Mənbə: report.az

Xəbər lenti