IMG-LOGO

AMB: Faktorinq şirkətlərini lisenziyalaşdırmağa ehtiyac yoxdur

24 Nov 2026 16:50 4 baxış
IMG

Azərbaycan Mərkəzi Bankı (AMB) faktorinq şirkətlərinin lisenziyalaşdırılmasına ehtiyac görmür.

"Report" xəbər verir ki, bunu AMB-nin Maliyyə sektorunun inkişafı departamentinin rəhbəri Nərgiz Şirəliyeva Bakıda keçirilən X Beynəlxalq Bankçılıq Forumunda bildirib.

"Hazırda biz faktorinq şirkətlərindən lisenziya tələb etmirik. Onlar bizim nəzarət subyektlərimiz hesab olunmurlar. Yeni qanunvericilik dəyişiklikləri layihəsində də təklif etmişik ki, faktorinq fəaliyyətinə lisenziya tələbi qoyulmasın. Hesab edirik ki, bu fəaliyyət növü ilə bağlı risklər o qədər də yüksək deyil və lisenziyalaşdırmaya zərurət yoxdur. Bu tələbin qoyulmamasının faktorinq şirkətlərinin inkişafına və fəaliyyətlərinin genişlənməsinə müsbət təsir göstərəcəyini düşünürük. Hazırda layihə İqtisadiyyat Nazirliyi və Ədliyyə Nazirliyi ilə müzakirə mərhələsindədir. Bu məsələ ilə bağlı müzakirələr aparılıb. Yekun qərarın necə olacağı isə qanun layihəsi təsdiq edildikdən sonra məlum olacaq", - deyə o qeyd edib.

Mənbə: report.az

Xəbər lenti