IMG-LOGO

Azərbaycanın futzal liqalarında yeni mövsüm üçün "transfer pəncərələri"nin tarixləri müəyyənləşib

03 Nov 2026 18:21 2 baxış
IMG

Azərbaycan futzal liqalarında 2026/2027 mövsümü üzrə "transfer pəncərələri"nin tarixləri müəyyənləşib.

Bu barədə "Report"a AFFA-dan məlumat verilib.

Payız "transfer pəncərəsi" noyabrın 10-u saat 23:59-dək davam edəcək.

Qışda isə transfer müddəti 2027-ci il yanvarın 15-dən fevralın 15-i saat 23:59-dək açıq olacaq.

Azad agent statusuna malik peşəkar oyunçuların sifarişi üçün son tarix 2027-ci il martın 31-i müəyyən edilib.

Mənbə: report.az

Xəbər lenti