Noyabrın 4-də Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Qobustan rayonu ərazisində yerləşən Qobustan körpüsünün köməkçi hissəsinin (Bakı istiqamətində) yenidən inşası ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.
Lent.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb. Bildirilir ki, məhdudiyyət səbəbindən 195 və 195E saylı avtobus marşrutlarının hərəkət sxemləri müvəqqəti dəyişdiriləcək.
Dəyişikliyə əsasən, avtobusların hərəkəti Bakı–Ələt–Qazax–Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun əsas hərəkət hissəsi ilə təşkil ediləcək.
marşrutMənbə: lent.az