Türkiyənin Ordu vilayətinin Altınordu rayonunda dilənçilik edən şəxsin üzərindən 21 min 932 lirə nağd pul tapılıb.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, Altınordu Bələdiyyəsinin nəzarət əməkdaşları Düz məhəlləsində dilənçilik etdiyi müəyyənləşdirilən şəxsi saxlayaraq idarəyə aparıblar.
Üzərində aparılan axtarış zamanı dilənçilikdən əldə edildiyi bildirilən pul aşkarlanıb. Vəsait dövlətin mülkiyyətinə keçirilməsi üçün götürülüb.
Həmin şəxsə 1764 lirə məbləğində inzibati cərimə tətbiq olunub.
Sizin brauzer video tagını dəstəkləmir. Türkiyə dilənçi cinayət

Mənbə: lent.az