Canlı yayım açan qadına gül atan 5 uşaq atası məhkəməlik olub.
Lent.az-ın xəbərinə görə, 30 yaşlı Məmməd Muxtarov (ad şərti) yaşadığı evdə sərxoş halda tiktoker qadının açdığı canlı yayımına qoşulub. Yayım zamanı o, həmin qadına hədiyyə olaraq, gül atıb. Bunu görən onun 26 yaşlı həyat yoldaşı Samirə Muxtarova (şərti adla) qısqanclıqdan modemi cərəyandan ayırıb. Məmməd buna əsəbiləşdiyi üçün cütlü arasında mübahisə yaranıb.
Mübahisə zamanı Məmməd taxta parçası ilə arvadının qoluna zərbə vurub. Nəticədə qadının dirsək sümüyü sınıb.
Faktla bağlı M. Muxtarov barəsində cinayət işi açılıb.
Təqsirləndirilən şəxs ifadəsində əməlindən peşman olduğunu, zərərçəkənlə barışdığını və himayəsində 5 övladının olmasını bildirib. Zərərçəkən qadın da həmçinin ərinə qarşı şikayət və tələbinin olmadığını qeyd edib.
Məhkəmənin qərarı ilə M. Muxtarov 7 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Hadisələr məhkəmə işləri məhkəmə qərarları cinayət işləri tiktok canlı yayım canlı yayımda hədiyyə atmaq arvadını döydüMənbə: lent.az