Bolqarıstanın Mərkəzi Seçki Komissiyası (MSK) İliyana Yotovanı ölkə prezidenti seçkilərində qalib elan edib.
"Report" xəbər verir ki, bu barədə Bolqarıstan Milli Televiziyası MSK-nın qərarına istinadən məlumat yayıb.
"MSK 441 nömrəli qərarı ilə İliyana Yotovanı Bolqarıstan Respublikasının prezidenti, Kiril Vılçevi isə vitse-prezidenti elan edir", - sənəddə deyilir.
Yotova Bolqarıstanda prezident seçilən ilk qadındır.
O, 1964-cü il oktyabrın 24-də Sofiyada anadan olub.
1990-cı ildən 1997-ci ilə qədər Yotova Bolqarıstan Milli Televiziyasında işləyib, 2006-cı ilin yanvarından 2012-ci ilə qədər partiyanın Sofiya Şəhər Şurası sədrinin müavini vəzifəsini tutub.
Yanvarın 23-də Konstitusiya Məhkəməsi Rumen Radevin istefasını qəbul edərək səlahiyyətlərinə vaxtından əvvəl xitam verib və Yotova dövlət başçısı postunu tutub.
Mənbə: report.az