1800 kişinin iştirak etdiyi sorğuda gizli eşq münasibətlərinin ən çox yaşandığı tətil məkanları müəyyənləşdirilib. Respondentlərin 77 faizi isə tətildə yaşanan belə münasibətləri xəyanət hesab etmədiyini bildirib.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, sorğunu münasibətdə olduğu şəxsə xəyanət edənlər üçün nəzərdə tutulan “IllicitEncounters.com” tanışlıq saytı keçirib.
Siyahıda hansı kurortlar var?
Saytın 1800 istifadəçisindən dünyanın hansı məkanlarında tətil zamanı eşq münasibəti yaşadıqları soruşulub. Birinci yeri İspaniyanın İbiza adasındakı San-Xose kurortu tutub. İştirakçıların 44 faizi bu məkanı qeyd edib.
İkinci pillədə 41 faizlə Kiprin Ayya-Napa, üçüncü sırada isə 36 faizlə İspaniyanın Mayorka adasındakı Maqaluf kurortu qərarlaşıb.
Yunanıstanın Laqanas kurortunu respondentlərin 32 faizi, Banqkoku 31 faizi, Amsterdamı 27 faizi, Praqanı 22 faizi, Budapeşti isə 16 faizi göstərib. Digər məkanların payı 7 faiz olub.
Kişilərin çoxu bunu xəyanət saymır
“Tətildə yaşanan eşq münasibətini xəyanət hesab edirsinizmi?” sualına kişilərin 77 faizi “xeyr”, 23 faizi isə “bəli” cavabını verib.
Saytın Şon adlı istifadəçilərindən biri mövqeyini belə izah edib: “Xaricdə baş verənlər xaricdə qalır”.
Tətil zamanı davranışlar niyə dəyişir?
Cinsi münasibətlər və münasibətlər üzrə ekspert Cessika Leoni siyahıda ada kurortlarının üstünlük təşkil etdiyinə diqqət çəkib. İlk üç yerdən ikisini İspaniyadakı istirahət məkanları tutub.
Onun sözlərinə görə, insanlar tətildə özlərinə qoyduqları məhdudiyyətləri azaltdıqda əylənməyə və anın dadını çıxarmağa daha çox meyil göstərirlər. Bu zaman evdə etməyəcəkləri və ya edə bilməyəcəkləri davranışlara yol verə bilirlər.
xəyanət cütlük münasibətMənbə: lent.az