Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Asel Janasovanı Qazaxıstanın nəqliyyat naziri təyin edib.
"Report" Akordaya istinadən xəbər verir ki, müvafiq fərmanı Qazaxıstan Prezidenti imzalayıb.
Dövlət başçısı digər fərmanla Nurlan Sauranbayevi nəqliyyat naziri vəzifəsindən azad edib. A.Janasova da əvvəl tutduğu vəzifədən azad edilib.
N.Sauranbayev 2025-ci il iyunun 30-dan nəqliyyat naziri vəzifəsini tuturdu və 2026-cı ilin sentyabrında yenidən bu vəzifəyə təyin edilmişdi. Yeni təyinatadək Asel Janasova Qazaxıstan Prezidenti Administrasiyası rəhbərinin müavini vəzifəsində çalışırdı.
Mənbə: report.az