İspaniya millisinin futbolçusu Martin Subimendi qış transfer dönəmində İngiltərənin "Arsenal" klubundan ayrıla bilər.
"Report" "TeamTalk" nəşrinə istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi digər komandalardan gələn təklifləri nəzərdən keçirməyə hazırdır.
İspaniyanın "Atletiko", "Real" və "Barselona" klubları oyunçu ilə maraqlanırlar. Bundan əlavə Almaniyanın "Bavariya" və "Borussiya" (Dortmund) komandaları da futbolçunu izləyirlər.
Xatırladaq ki, M.Subimendi 2025-ci ildə "topçular"a keçib. O, cari mövsüm Premyer Liqa oyunlarının heç birində start heyətində yer almayıb.
Mənbə: report.az