IMG-LOGO

Xiyarı qabığı ilə yeyin - SƏBƏBİ

03 Nov 2026 14:54 2 baxış
IMG
3 0

Qidalanma mütəxəssisləri xiyarın qida dəyərini ətraflı araşdıraraq onun insan orqanizmi üçün faydalarını açıqlayıblar. Onlar təzə xiyarın gündəlik qida rasionuna daxil edilməsinin vacibliyini vurğulayıblar.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər təzə xiyarın müntəzəm istehlakının  sağlamlığa əvvəllər düşünüldüyündən daha çox fayda verə biləcəyini hesab edir.

Bildirilir ki, xiyarın qabığında əhəmiyyətli miqdarda qida lifləri, vitaminlər və minerallar mövcuddur. Xüsusilə kalium və digər faydalı maddələrin bir hissəsi məhz qabıqda yerləşir.

Buna görə də xiyarı yeməzdən əvvəl qabığını soymaq onun bəzi faydalı xüsusiyyətlərinin azalmasına səbəb ola bilər.

Mütəxəssislər xiyarın qida dəyərindən daha çox yararlanmaq üçün onu yaxşıca yuduqdan sonra qabığı ilə birlikdə yeməyi tövsiyə edirlər.

Mütəxəssislər vurğulayırlar ki, xiyarı qabığı ilə birlikdə yemək orqanizmin daha çox qida lifi və faydalı maddə qəbul etməsinə kömək edir. Bunun üçün tərəvəzi istehlakdan əvvəl axar su altında diqqətlə yumaq kifayətdir.

sağlam qida tərəvəz xiyarın faydaları

Mənbə: lent.az

Xəbər lenti