IMG-LOGO

Məsud Pezeşkian: İranın siyasəti qonşularla əməkdaşlığın genişləndirilməsinə yönəlib

29 May 2026 09:55 37 baxış
IMG

İran Prezidenti Məsud Pezeşkian rəsmi Tehranın siyasətinin müsəlman ölkələri ilə əməkdaşlığın genişləndirilməsindən ibarət olduğunu bəyan edib.

"Report" xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Qurban bayramı münasibətilə Malayziyanın və Pakistanın baş nazirləri Ənvər İbrahim və Şahbaz Şərif ilə danışıqlarım zamanı Malayziyaya humanist mövqeyinə, Pakistana isə razılaşmanın əldə olunması üçün səylərinə görə təşəkkür etdim. İranın siyasəti müsəlman ölkələri və qonşularla bütün sahələrdə əməkdaşlığın genişləndirilməsindən ibarətdir", - M.Pezeşkian yazıb.

Mənbə: report.az

Xəbər lenti