IMG-LOGO

TƏBİB tabeliyində fəaliyyət göstərən xəstəxanalarda xidmət çeşidləri artırılacaq

03 Nov 2026 14:22 3 baxış
IMG

Bu ilin sonuna qədər TƏBİB tabeliyində fəaliyyət göstərən xəstəxanalarda xidmət çeşidləri artırılacaq.

"Report" xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru vəzifəsini müvəqqəti icra edən, İcraçı direktorun müavini Bahadur Rzayev Xətai Tibb Mərkəzində yeni Göz xəstəlikləri və cərrahiyyə şöbəsinin açılışı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, yeniliklər davamlı xarakter daşıyır:

"Cari dövrə qədər olan müddətdə həm oftalmologiya, həm də digər istiqamətlərdə bir çox layihələr olub. İlin sonuna kimi də bir çox layihələrimiz var və həmin layihələr üzrə açılışlarımız nəzərdə tutulacaq, xidmət çeşidləri artırılacaq".

Mənbə: report.az

Xəbər lenti