IMG-LOGO

Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb

03 Nov 2026 14:59 3 baxış
IMG

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan və Çin arasında ticarət dövriyyəsinin dəyəri 3 milyard 459,3 milyon ABŞ dolları olub.

"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 % çoxdur.

Son 1 ildə Azərbaycanın Çinə ixracının dəyəri 18,4 % artaraq 83,7 milyon ABŞ dolları, bu ölkədən idxalının dəyəri isə 1,3 % artaraq 3 milyard 375,6 milyon ABŞ dolları təşkil edib.

Hesabat dövründə Çin ilə ticarət ümumi dövriyyənin 9,3 %-i qədər olub. O cümlədən, bu ölkəyə ixrac ümumi ixracın 0,3 %-ni, Çindən idxal isə ümumi idxalın 25,2 %-ni təşkil edib.

9 ayda Azərbaycan xarici ölkələrlə 37 milyard 211 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu ötən ilin eyni dövrünə nisbətən 5,2 % çoxdur.

Xarici ticarət dövriyyəsinin 23 milyard 865 milyon ABŞ dolları ixracın, 13 milyard 346 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 28,3 % artıb, idxal isə 20,4 % azalıb. Son nəticədə xarici ticarətdə 10 milyard 519 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 5,7 dəfə çoxdur.

Mənbə: report.az

Xəbər lenti