IMG-LOGO

"İpək Yolu Sığorta" nizamnamə kapitalını 2 dəfə artırır

03 Nov 2026 16:36 3 baxış
IMG

"İpək Yolu Sığorta" ASC nizamnamə kapitalını 15 242 500 manat və yaxud 2 dəfə artıraraq 14 770 000 manatdan 30 012 500 manata çatdırmağı planlaşdırır.

"Report" şirkətə istinadən xəbər verir ki, kapital artımı qurumun dövriyyədə olan 17 500 ədəd səhminin nominal dəyərinin 844 manatdan 1 715 manata çatdırılması hesabına baş tutacaq.

Xatırladaq ki, "İpək Yolu Sığorta" 2011-ci ildə "AZAL Sığorta" ASC-nin bazasında yaradılıb. Şirkətin səhmlərinin 96,5 %-i "ASG Business Aviation" MMC-yə, 3,5 %-i isə "Azərbaycan Hava Yolları" QSC-yə məxsusdur.

Mənbə: report.az

Xəbər lenti