IMG-LOGO

Lavrov: Moskva yaxın vaxtlarda "3+3" regional formatında görüşün keçiriləcəyinə ümid edir

03 Nov 2026 14:17 3 baxış
IMG

Moskva "3+3" regional məsləhətləşmə formatı (Azərbaycan, Ermənistan, Gürcüstan və Rusiya, İran, Türkiyə) çərçivəsində növbəti görüşün yaxın vaxtlarda keçiriləcəyinə ümid edir.

"Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Sergey Lavrov Avrasiya təhlükəsizliyi üzrə dördüncü Minsk beynəlxalq konfransının yüksək səviyyəli plenar iclasında bildirib.

"Bu platformanın iştirakçıları birləşdirici gündəliyin irəli aparılması barədə razılığa gəliblər. Ümid edirik ki, yaxın vaxtlarda bu formatda növbəti görüş keçiriləcək", - o deyib.

Daha əvvəl Lavrov bildirmişdi ki, Rusiya tərəfi xarici işlər nazirlərinin "3+3" formatındakı növbəti görüşünün Azərbaycanda, daha sonra isə Ermənistanda keçirilməsini düzgün hesab edir.

Mənbə: report.az

Xəbər lenti