IMG-LOGO

UEFA Avropa Liqası: Əliyar Ağayev İspaniyada "Selta"nın oyununu idarə edəcək

03 Nov 2026 13:29 6 baxış
IMG

Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasının oyununa təyinat alıb.

"Report"un məlumatına görə, 39 yaşlı hakim İspaniyada yerli "Selta" və Belçikanın "Yunion" komandaları arasında keçiriləcək Liqa mərhələsinin IV turunun matçını idarə edəcək.

Ona Zeynal Zeynalov və Akif Əmirəli köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Rauf Cabarov yerinə yetirəcək.

Xatırladaq ki, "Selta" - "Yunion" oyunu noyabrın 5-dən 6-na keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Mənbə: report.az

Xəbər lenti