IMG-LOGO

Everestdə iki helikopter toqquşdu, 1 nəfər öldü - VİDEO

03 Nov 2026 13:27 4 baxış
IMG
0 0

Nepalın Everest dağı bölgəsində iki helikopter toqquşub. Nəticədə azı bir nəfər ölüb, daha iki nəfər yaralanıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, qəza çərşənbə axşamı hər iki helikopter Everestin baza düşərgəsindən bir qədər aşağıda eniş etməyə çalışarkən baş verib.

Rəsmi qurumlar 47 yaşlı Hindistan vətəndaşının öldüyünü təsdiqləyib. Yeni Zelandiya vətəndaşı və nepallı pilot yaralanıb. İki helikopterin göyərtəsində ümumilikdə neçə nəfərin olduğu məlum deyil.

Sizin brauzer video tagını dəstəkləmir. Everest Nepal hadisə helikopter toqquşma

Mənbə: lent.az

Xəbər lenti