IMG-LOGO

Zelenski bu gün Berlində Mertslə danışıqlar aparacaq

03 Nov 2026 13:13 5 baxış
IMG

Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Berlinə səfər edəcək və orada Almaniya Kansleri Fridrix Mertslə danışıqlar aparacaq.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bunu Almaniyanın paytaxtında keçirilən biznes konfransında Kansler özü bildirib.

V.Zelenskinin ötən il Ağ Evə etdiyi səfəri xatırladan Merts qeyd edib: "O, günortadan sonra burada mənimlə olacaq və o zaman hər şey bir qədər fərqli olacaq".

"Reuters"in məlumatına görə, Ukrayna Prezidentinin Almaniyaya səfərləri son ana qədər gizli saxlanılır və gücləndirilmiş təhlükəsizlik tədbirləri şəraitində keçirilir.

Mənbə: report.az

Xəbər lenti