IMG-LOGO

İtaliya hökuməti supermarketlərə kiberhücumlara görə xüsusi xidmət orqanları ilə məsləhətləşmə aparacaq

03 Nov 2026 12:56 4 baxış
IMG

İtaliya supermarketlərində soyutma sistemlərinə edilən hakerhücumlar fonunda İtaliya hökuməti Milli Kiber Təhlükəsizlik Agentliyi və Kəşfiyyat agentlikləri rəhbərlərinin iştirakı ilə məsləhətləşmələr aparmaq üçün iclas çağırır.

"Report" xəbər verir ki, bu barədə İtaliya mediası məlumat yayıb.

Araşdırmanın nəticələri İtaliya Nazirlər Şurasının katibi Alfredo Mantovanonun sədrlik edəcəyi iclasda müzakirə olunacaq.

Bildirilib ki, "Coop" şəbəkəsinin bir neçə ticarət məntəqəsində soyuducu vitrinlərin soyutma sistemlərinə haker hücumları baş verib. Bu, temperatur parametrlərinin dəyişməsinə gətirib çıxarıb ki, bu da vitrinlərin həddindən artıq qızmasına və məhsulların xarab olmasına səbəb olub.

İtaliyanın kibercinayətkarlıqla mübarizə bölməsi hücumların mənşəyini, miqyasını izləyir və onların digər Avropa ölkələrindəki bənzər hadisələrlə əlaqəli olub-olmadığını araşdırır.

Daha əvvəl bildirilmişdi ki, ötən gün Belçika, Lüksemburq, Estoniya, eləcə də İsveçdə onlarla supermarket haker hücumundan zərər çəkib.

Mənbə: report.az

Xəbər lenti