IMG-LOGO

Ekspert: Azərbaycan II Qarabağ müharibəsində təkcə dronlarla deyil, strategiya sayəsində qələbə qazanıb

03 Nov 2026 12:32 3 baxış
IMG

Azərbaycan II Qarabağ müharibəsində qələbəni yalnız pilotsuz uçuş aparatlarının istifadəsi hesabına deyil, uzunmüddətli strategiyanın həyata keçirilməsi sayəsində qazanıb.

"Report" xəbər verir ki, bunu "Qarabağ uğrunda müharibə: strategiya, texnologiya və qələbə" kitabının müəllifi, "Madison Policy Forum"un direktoru, "New America" təşkilatının gələcək təhlükəsizlik məsələləri proqramının baş elmi işçisi və Yaxın Şərq İnstitutunun əməkdar hərbi elmi işçisi Liam Kollinz kitabın təqdimatında deyib.

O vurğulayıb ki, bu münaqişənin tarixdə taleyini pilotsuz sistemlərin həll etdiyi ilk silahlı qarşıdurma olması barədə bir təsəvvür mövcuddur.

"Şübhəsiz ki, pilotsuz aparatlar öz rolunu oynadı. Lakin müharibədəki qələbə bir məqsədə - Qarabağın azad edilməsinə yönəlmiş irimiqyaslı strategiyanın 20 ildən artıq müddətdə həyata keçirilməsinin, eləcə də bu tapşırığı yerinə yetirməyə qadir olan silahlı qüvvələrin yaradılması, formalaşdırılması və tətbiqinin nəticəsi idi", - Kollinz bildirib.

Qeyd edək ki, bu gün "Baku Book Center"də Liam Kollinz və Con Spenserin "Qarabağ uğrunda müharibə: strategiya, texnologiya və qələbə" kitabının təqdimatı keçirilir. Kitab üzərində iş təxminən iki il davam edib. Bu nəşr xaricdə Azərbaycanın 44 günlük müharibədəki qələbəsinə həsr olunmuş ilk irimiqyaslı və hərtərəfli hərbi-analitik tədqiqatdır.

Kitabda qələbənin yalnız pilotsuz aparatlardan istifadə sayəsində əldə edildiyi barədə geniş yayılmış fikir şübhə altına alınıb, milli potensialın və dövlət quruculuğunun rolu vurğulanıb. Həmçinin qeyd olunub ki, Azərbaycanın döyüş meydanındakı qələbəsinin əsas səbəbi müasir döyüş sistemlərinin tətbiqi konsepsiyasının dərindən mənimsənilməsidir.

Mənbə: report.az

Xəbər lenti