Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Zəka Mirzəyev avqustun 21-də vətəndaş qəbulu keçirəcək.
Bu barədə "Report"a DSMF-dən məlumat verilib.
Bildirilib ki, qəbul saat 11:00-da Tovuzda baş tutacaq.
Mənbə: report.az