IMG-LOGO

Tahir Rzayev: 8 Noyabr Zəfəri milli iradənin və tarixi ədalətin təntənəsidir

03 Nov 2026 11:58 3 baxış
IMG

8 Noyabr Zəfəri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə yanaşı, milli iradənin və tarixi ədalətin təntənəsidir.

"Report" xəbər verir ki, bu fikirlərlə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev parlamentin bugünkü plenar iclasında 8 Noyabr - Zəfər Gününün ildönümü barədə çıxış edib.

O qeyd edib ki, bu şanlı qələbə Azərbaycan xalqının vətənə və torpağa sonsuz məhəbbətinin bir təcəssümüdür:

"Bu birlik bir daha göstərdi ki, vətən sevgisi yalnız hiss deyil, zərurət yarandıqda fədakarlığa çevrilən mənəvi gücdür. Tarixi zəfərimiz həm də sülhə, əmin-amanlığa, dostluğa, azadlığa, bərabərliyə bir töhfədir, inkişafımızın və səfərbərliyimizin dəyəridir. O həm də ədalətsizliyə, beynəlxalq hüquq normalarının pozulmasına, insan ləyaqətinin alçaldılmasına və haqqın boğulmasına qarşı qətiyyətli səsimizdir.

Zəfərimizin arxasında hərbi qürurumuzla bərabər, bir xalqın illərlə qəlbində yaşatdığı azadlıq və tarixi ədalətə inam hissi durur".

Mənbə: report.az

Xəbər lenti