Göygöldə mühasibin meyitinin tapılması faktı ilə bağlı araşdırma aparılır.
Lent.az-ın əldə etdiyi məlumata görə, axşam saat 21 radələrində Çaykənd kənd bələdiyyəsinin mühasibi, 1961-ci il təvəllüdlü Sovda Əsəd oğlu Orucovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti iş otağında aşkar edilib.
Hadisə ilə bağlı Göygöl rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
***
saat 23:39
Göygöldə bələdiyyənin mühasibinin meyiti iş otağından tapılıb.
Lent.az xəbər verir ki, hadisə rayonun Çaykənd kəndində qeydə alınıb.
Kənd bələdiyyəsinin mühasibi, 65 yaşlı S. Orucovun meyiti onun iş otağında aşkarlanıb.
İlkin məlumata görə, o, ürək tutmasından dünyasını dəyişib.
bələdiyyə meyit mühasibMənbə: lent.az