IMG-LOGO

Dördqat Avropa çempionu Həsrət Cəfərov: "Qazanılan qızıl medalların arxasında böyük əziyyət dayanır"

22 Apr 2026 22:43 5 baxış
IMG

Yarışlarda idmançıların qazandığı qızıl medalların arxasında böyük əziyyət, zəhmət dayanır.

"Report" xəbər verir ki, bunu Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında birinci yeri tutan Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) deyib.

Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə açıqlama verən idmançı tarixi uğuru qızına həsr etdiyini bildirib:

"Təəssüratlarım həqiqətən çox gözəldir. Bu gün çox sevincliyəm. Ardıcıl 4-cü qızılımı qazanıram. Həqiqətən də bu qızılların arxasında böyük əziyyət, zəhmət dayanır. Bu qızılı qazandıqdan sonra onun həzzini indi hiss edirəm. Heç bir əziyyət yadıma düşmür. Yalnız yadda qalan bu qızıl olur. Bu qızılımı, tarixi uğurumu qızıma həsr edirəm".

Qeyd edək ki, Həsrət Cəfərov qızıl medal uğrunda qarşılaşmada türkiyəli Murat Fırata 7:5 hesabı ilə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib. Bununla da o, Azərbaycan yunan-Roma güləşinin ilk 4 qat Avropa çempionu adına sahib çıxıb.

Xəbər lenti