İsveçin Bakıdakı səfiri Luiza Morsinq Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovla görüş keçirib.
Bu barədə "Report" İsveçin Azərbaycandakı səfirliyinə istinadən xəbər verir.
Görüş zamanı tərəflər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıb, eləcə də iki ölkə arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi imkanlarını müzakirə ediblər.
Mənbə: report.az