IMG-LOGO

SOCAR ötən rüb neft emalını 3 %-dən çox azaldıb

02 Nov 2026 13:19 5 baxış
IMG

Bu ilin üçüncü rübündə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 1 milyon 626 min 513 ton neft emal edib.

"Report" xəbər verir ki, bu barədə SOCAR-ın 2026-ci ilin III rübünə dair açıqladığı qazma, hasilat, emal və ixrac göstəricilərində deyilir.

Bu, 2025-ci ilin iyul-sentyabr ayları ilə müqayisədə 53 min 834 ton və ya 3,2 % azdır.

Qeyd edək ki, ötən ilin üçüncü rübündə SOCAR 1 milyon 680 min 347 ton neft emal edib.

Mənbə: report.az

Xəbər lenti