Bu ilin oktyabr ayında Azərbaycanda mobil cihazlarda "Android" əməliyyat sisteminin bazar payı 82,39 % təşkil edib.
"Report"un "Statcounter" agentliyinin son hesabatına istinadən verdiyi xəbərə görə, bu, sentyabr ayına nisbətən 1,92 faiz bəndi az, 2025-ci ilin oktyabr ayının göstəricisi ilə müqayisədə 3,06 faiz bəndi çoxdur.
Mobil cihazlarda "İOS" əməliyyat sisteminin bazar payı aylıq 1,91 faiz bəndi artaraq və illik müqayisədə 3,62 faiz bəndi azalaraq 17,58 % olub.
Planşetlərdə "Android"in bazar payı aylıq müqayisədə 3,69 faiz bəndi azalaraq və illik müqayisədə 18,8 faiz bəndi artaraq 83,59 % təşkil edib.
Həmin cihazlarda "İOS"un bazar payı 16,32 % təşkil edib ki, bu da aylıq müqayisədə 1,2 faiz bəndi çox, illik isə 13,24 faiz bəndi və ya 45 % azdır.
Mənbə: report.az