IMG-LOGO

Bəqai: İran ABŞ ilə atəşkəsi iki gün ərzində razılaşdırmağa hazırdır

02 Nov 2026 13:07 4 baxış
IMG

İranın təklif etdiyi yeddi bəndlik plan qısaldılıb və iki gün ərzində həyata keçirilə bilər.

"Report" "Al Jazeera" telekanalına istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmisi İsmayıl Bəqai deyib.

"İranın 7 mərhələli planı müzakirə mərhələsindədir, lakin sülhün təmin edilməsi məqsədilə qısaldılıb və iki gün ərzində həyata keçirilə bilər. Bu həm də İranın xoşməramlı yanaşmasından xəbər verir. Biz bildirmişik ki, İranın tələbləri yerinə yetirilərsə, Hörmüz boğazında təhlükəsizlik bərpa oluna və danışıqlar prosesi qısa müddət ərzində başlaya bilər", - o qeyd edib.

Mənbə: report.az

Xəbər lenti