IMG-LOGO

Lamin Yamal qol və assist göstəricilərinə görə liderdir

02 Nov 2026 13:00 4 baxış
IMG

İspaniya millisinin və "Barselona"nın futbolçusu Lamin Yamal qol və məhsuldar ötürmələrin cəminə əsasən bu mövsüm Avropanın top liqalarında ən məhsuldar oyunçular siyahısında zirvədə qərarlaşıb.

"Report" xəbər verir ki, 19 yaşlı vinger 28 qolun vurulmasında iştirak edib.

İngiltərə millisinin və Almaniyanın "Bavariya" klubunun hücumçusu Harri Keyn (25) ikinci pillədə qərarlaşıb.

İlk "üçlüy"ü onun Münxen təmsilçisindəki fransalı komanda yoldaşı Maykl Olise (24) tamamlayır.

Mənbə: report.az

Xəbər lenti