IMG-LOGO

Məşhur ulduzların səhnəyə çıxmazdan əvvəlki qəribə VƏRDİŞLƏRİ

02 Nov 2026 13:35 2 baxış
IMG
1 0

Dünya şöhrətli ulduzların səhnəyə çıxmazdan əvvəl etdkləti bəzi vərdişlər hər kəsi təəccübləndirir. Kimisi xüsusi içkilər hazırlayır, kimisi isə bir-birinə uyğun gəlməyən qidaları qarışdıraraq yeyir.

Lent.az xarici mediaya istinadən məşhurların səhnəyə çıxmazdan əvvəl üstünlük verdikləri qeyri-adi qidaları təqdim edir.

Məşhur müğənni Beyons mühüm çıxışlarından əvvəl xüsusi içki qəbul edir. O, ilıq suya limon, bal və bir çimdik acı bibər əlavə edərək içir.

Müğənni Ceyk Ouen isə səhnəyə hazırlaşmaq üçün duzlu yerfındığını kola ilə qarışdıraraq yeyir.

Selena Qomesin seçimi daha qəribədir. Müğənni popkornu acı sous, duz və xiyar turşusunun suyu ilə yeməyi sevir. Bundan əlavə, səhnəyə çıxmazdan əvvəl bir qaşıq zeytun yağı içir.

Britni Spirs isə şirniyyata olan sevgisini gizlətmir. O, səhnəyə çıxmazdan əvvəl tez-tez şokoladlı peçenye yeyir.

 

məşhurlar şou-biznes qəribə vərdişlər

Mənbə: lent.az

Xəbər lenti