Bu ilin oktyabr ayında Azərbaycandakı internet trafikinin 76,65 %-i insanların payına düşüb.
"Report"un "Statcounter" agentliyinin son hesabatına istinadən verdiyi məlumata görə, bu, sentyabr ayına nisbətən 8,71 faiz bəndi çoxdur.
Hesabat ayında botların bazar payı müvafiq olaraq 23,35 % təşkil edib. Onların bazar payı əvvəlki aya nisbətən 8,71 faiz bəndi və ya 27,2 % azdır.
Oktyabrda qlobal internet trafikinin 72,2 %-i insanların, 27,8 %-i isə botların payına düşüb.
Mənbə: report.az