IMG-LOGO

FIFA referisi Kamal Umudlu UEFA Gənclər Liqasında PSJ-nin oyununu idarə edəcək

02 Nov 2026 11:24 2 baxış
IMG

Azərbaycanın FIFA referisi Kamal Umudlu beynəlxalq təyinat alıb.

"Report" xəbər verir ki, 31 yaşlı hakim UEFA Gənclər Liqasının oyununu idarə edəcək.

O, İspaniyada yerli "Vilyarreal" və Fransanın PSJ klubunun U-19 komandalarının oyununda iş başında olacaq.

K.Umudluya Vüsal Məmmədov və Rəhman İmami kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını ispan Borxa Qixarro Kolomer yerinə yetirəcək.

Xatırladaq ki, "Vilyarreal" - PSJ oyunu sabah, Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.

Mənbə: report.az

Xəbər lenti