Noyabrın 14-də Binə Atçılıq Mərkəzində konkur üzrə Azərbaycan çempionatı keçiriləcək.
Bu barədə "Report"a Azərbaycan Atçılıq Federasiyasından (ARAF) bildirilib.
Qurumun təqvim planına əsasən təşkil olunacaq ilin son yarışında ölkənin ən güclü konkurçuları bir araya gələcəklər.
Bir gün davam edəcək turnirdə idmançılar 3 fərqli kateqoriya üzrə yarışacaqlar. Konkurçular 70-80, 100-115 və 125-130 santimetr hündürlüklü maneələri qüsursuz dəf etməyə çalışacaqlar.
Qaliblər kubok, medallar və diplomlarla mükafatlandırılacaqlar.
Mənbə: report.az